“Dell XPS” noutbuklar seriyası yenilənib | Eurasia Diary - ednews.net

30 May, Şənbə


“Dell XPS” noutbuklar seriyası yenilənib

Elm və texnologiya A- A A+

“Dell” şirkəti qabaqcıl “XPS” noutbuklar seriyasını yeniləyib. Ona son beş ildə ən böyük proqram yeniləməsi ilə təmin edilən “XPS 15” və seriyanın ən böyük və güclü nümayəndəsi “XPS 17” modelləri daxildir.

“XPS 17” dünyada 17 düym diaqonallı ən kiçik noutbukdur. Şirkət nümayəndələrinin sözlərinə görə, model hətta hazırda satışda mövcud olan 15 düymlük noutbukların yarısı ilə müqayisədə daha kompaktdır.

Qurğu 16:10 tərəf nisbətli və “4K” (3840х2400 piksel) və ya “FHD” (1920х1200 piksel) təsvir ölçülü 17 düymlük ekran, ən yeni onuncu nəsil “Intel Core i9” prosessoru, 64 giqabaytlıq operativ yaddaş və 2 terabayt tutumlu “SSD” toplayıcısı ilə təchiz edilib. Ona “Nvidia GTX 1650 Ti Max-Q” və ya daha məhsuldar “RTX 2060” qrafik sürətləndiricisini quraşdırmaq mümkündür.

“XPS 17” modelinin hündürlüyü 19,5 mm, çəkisi 2,1 kq təşkil edir. Yan tərəfdə dörd “USB-C Thunderbolt 3” portu və tamölçülü “SD” kart oxuyucusu yerləşir.

EDNews.net  xəbər verir ki, yayda ABŞ-da satışa çıxarılacaq “XPS 17” noutbukunun qiyməti 1499 dollara bərabər olacaq.

“XPS 17” ilə yanaşı, 15,6 düymlük model yenilənib. O, 16:10 tərəf nisbətli “4K/FHD” təsvir ölçülü ekran, onuncu nəsil “Intel Core i9” prosessoru və “Nvidia GeForce GTX 1650 Ti Max-Q” videosürətləndiricisi ilə təchiz olunub.

Köhnəlmiş “USB-A” və “HDMI” çıxışları iki “USB-C Thunderbolt 3”, bir “USB-C 3.1” və tamölçülü “SD” kart oxuyucusu ilə əvəzlənib. “Dell” nümayəndələrinin sözlərinə görə, “XPS 15” modelinin akkumulyatoru digər 15 düymlük noutbuklarla müqayisədə daha çox avtonom işləmə müddətinə malikdir. Məsələn, “FHD” ekranlı versiyaların avtonom iş vaxtı 25 saat təşkil edir.

ABŞ-da satışa çıxarılan “XPS 15” noutbuk modelinin əsas variantı 1299 dollara təklif olunur. (azərbaycan24)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...