Elm Fədaisi

Elm və texnologiya 18:23 26.05.2020
Görkəmli alim, böyük şəxsiyyət, AMEA- Fəlsəfə İnstitutu “Davamlı İnkişafın fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmlər doktoru, professor Sakit Hüseynovun 72 yaşı tamam olması münasibəti ilə təbrik edirik. Sakit müəllim Azərbaycan xalqının ən seçmə və nümunəvi ziyalılarından biri, fəlsəfə və sosiologiya elmləri üzrə dünya səviyyəli alim, onlarla nəzəri və praktiki layihələrin , o cümlədən elmi əsərlərin və yüzlərlə məqalənin müəllifi, onlarla aspirant və doktorantın elmi rəhbəri və bir çox beynəlxalq və ölkə daxili elmi-praktiki konfransların iştirakçısıdır.
 
Sakit müəllim haqqında düşüncələrimizi qeyd etməmişdən öncə müqəddimə olaraq bir neçə məsələyə toxunmaq istərdim. Dünyada insanın əldə edə biləcəyi ən böyük uğur və nemətin elm, bilik və savad olduğunu desək heç yanılmarıq. Həqiqət ondadır ki, elm və biliyin insana bəxş etdiyi nailiyyət və ali dəyərləri heç bir vasitə təmin edə bilməz. Elə bir din və ya fəlsəfi-siyasi düşüncə məktəbi yoxdur ki, elm və savada qiymət verməsin və elm xadimlərinə hörmətlə yanaşmasın. Hətta qeyd etdiyimiz bu məsələ müqəddəs kitablarda, dünya düşüncəsini müəyyən edən filosof və alimlərin kitablarında öz əksini tapmışdır. Müqəddəs Qurani-Kərimdə deyildiyi kimi : “Heç bilənlərlə, bilməyənlər eyni ola bilərmi?”. Müqəddəs Kitabın bizə ünvanladığı mesajda elm və biliyin dəyəri adəm övladına ecazkar bir şəkildə çatdırılır. Tanrı düşündürücü sual verməklə məxluqata izah etmək istəyir ki, alimin dəyəri çox yüksəkdədir və heç bir peşə sahibi elm və biliyi öz çiynində daşıyan şəxslə eyni məqam və eyni dərəcədə ola bilməz. Məhz, Azərbaycanın dahi şairi Nizami Gəncəvi müqəddəs kəlamdan ilhamlanaraq elm və alimin dəyəri haqqında bu misraları qeyd edir:
 
 
 
Qüvvət elmdədir, başqa cür heç kəs,
 
Heç kəsə üstünlük eyləyə bilməz.
 
Hər uca rütbədən biliniz fəqət,
 
Alimin rütbəsi ucadır əlbət.
 
 
 
Qurani-Kərimin başqa bir surəsində belə buyrulur: “ Kimə hikmət (elm, bilik) bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir.” Bəli, müqəddəs kəlamda deyildiyi kimi, elmə yiyələnmiş şəxs bir çox nailiyyət və uğurları əldə etmiş sayılır. Bu elə bir nailiyyət və uğurlardır ki, onları başqa peşə və ya sənətlə əldə etmək mümkün deyil. Elm elə bir həqiqətdir ki, insanın həm mənəvi, həm də maddi aləminin zənginləşməsinə xidmət edir. Bu yolla adəm övladı sağlam düşüncə, sağlam ruh, müdriklik, uzaqgörənlik kimi ali dəyərlərə sahib olur. İslam peyğəmbəri Məhəmməd peyğəmbərdən alimlərin məqamı barəsində nəql edilən bir kəlamında belə deyilir: “Alimin mürəkkəbi şəhidin qanından daha üstündür”. Bütün dini və fəlsəfi-siyasi düşüncə məktəblərində şəhidlik ən ali zirvə hesab olunur. Lakin, İslam peyğəmbəri alimin mürəkkəbini şəhidinin qanı ilə müqayisədə daha yüksəkdə olduğunu qeyd edir. Əgər şəhidlər vətəni, mənəvi və milli dəyərləri öz qanları ilə qoruyursa, həmin şəhidləri yetişdirən isə məhz alimlərin mürəkkəbidir. Onların sayəsində vətən qurulur və onların sayəsində vətəni qoruyan igidlər yetişir. Başqa bir ifadə ilə desək şəhid vətəni qanı ilə, alim isə mürəkkəbi ilə qoruyur. Dahi Azərbaycan şairi və ictimai xadimi Abdulla Şaiq deyir: “Hər bir millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır”
 
Bəli, bu gün söhbət açdığımız dəyərli şəxsiyyət Sakit müəllim də dünyanın ən ali məqamlı peşəsinin, elm və biliyin davamçısıdır. O, öz həyatını bu yola sərf etməklə Azərbaycan elm mühitinə böyük töhfələr vermiş, bir çox innovativ elmi-fəlsəfi və siyasi konsepsiyalar irəli sürmüş, yüzlərlə vətən oğullarının sağlam düşüncə və sağlam ruhda yetişməsində əvəzsiz xidmətləri olmuşdur.
 
Sakit müəllim haqqında çox danışmaq olar amma bir neçə səmimi düşüncələrimi paylaşmaqla kifayətlənəcəyəm. Tale bir neçə dəfə üzümə gülmüşdür. Onlardan biri də Sakit müəllimin mənim üçün elmi rəhbər təyin edilməsidir. Sakit müəllimlə birgə işlədiyim müddətdə elm və peşəkarlığı ilə yanışı onda təzahür edən bir çox ülvi-əxlaqi dəyərlərin şahidi oldum. Tələbkarlığı ilə yanaşı qayğıkeşliyi, rəhbər olmasına baxmayaraq nümayiş etdirdiyi sadəlik, qiymətli və eyni zamanda uğura aparan məsləhətləri, birgə işlədiyi kollektivin üzərində canyandırmaları, maddi və mənəvi problemlərimiz ilə mütəmadi olaraq maraqlanması və daim köməklik göstərmək təşəbbüsləri, rəhbəri olduğu aspirant və ya doktorantın uğur qazanması üçün göstərdiyi fədəkarlıqlar Sakit müəllimdə gördüyüm ən ümdə və ən ali xüsusiyyətləridir. Sakit müəllim öz aspirantlarına təkcə elm və bilik, elmi tədqiqat və metodların sirlərini öyrətmir, həmçinin öz həyat təcrübələrini və qiymətsiz tövsiyələrini paylaşır. Zaman və vaxtın dəyəri barəsində verdiyi məsləhətlər heç vaxt yaddaşımdan çıxmaz. Elə bir görüşümüz və danışığımız olmayıb ki, Sakit müəllim zaman və və vaxtın dəyəri haqqında söhbət açmasın. O, bizə müxtəlif və ibrətamiz misallar çəkməklə zamandan düzgün istifadə etməyin yollarını və sirlərini öyrədir. Aspirantları ilə görüşlərində tez-tez vurğuladığı digər əsas məsələ isə vətənə sevgi və vətənin keşiyində durmaq kimi tövsiyələridir. O, həmişə vətənin ən çox məsuliyyətini çəkməli olduğu təbəqənin elm xadimləri və bu yolu getmək istəyənlərin üzərinə düşdüyünü qeyd edir. O, daim mənəvi və milli dəyərlərimizin qorunmasında, yad təsirlərə qarşı mübarizədə elm xadimlərinin daşıdığı vəzifələrdən və müstəsna rolundan söhbət açır. Xüsusi ilə Azərbaycan tarixi ilə bağlı məsələlərin, o cümlədən Azərbaycan dövlətçilik ənənələri və tarixi qaynaqları ilə bağlı tədiqaqtlara xüsusi diqqətin ayrılmasının zəruriliyindən bəhs edir.
 
Elm və təvazökarlıq, tələbkarlıq və qayğıkeşlik, rəhbərlik və sadəlik kimi əxlaqi keyfiyyətlər Sakit müəllimin bir həyat devizidir. Digər bir səciyyəvi xüsusiyyəti isə daim elmi tədqiqatlarla məşğul olması, yeni elmi nəzəriyyə və layihələrin üzərində işləməsi, mütəmadi olaraq Azərbaycanı müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslarda uğurla təmsil etməsi və digər elmi-ictimai istiqamətlərdə fəaliyyət göstərməsidir. Bir cümlə ilə Sakit müəllimi tərənnüm etmək istəsək, tam əminliklə deyə bilərik ki, O, əsil elm fədaisidir.
 
Sonda, Sakit müəllimə uzun ömür, can sağlığı, xoşbəxtlik, firavanlıq və növbəti illərdə yeni nailiyyət və müvəffəqiyyətlər arzu edirəm.
 
Elnur Mustafayev,
 
AMEA- Z.M.Bünyadova adın Şərqşünaslıq İnstitutunun “Din və İctimai fikir tarixi” şöbəsinin elmi işçisi və Bakı Avrasiya Universitetinin müəllimi
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Hamısı