Təxminən 2 milyard Android smartfonu haker hücumu təhlükəsi altındadır | Eurasia Diary - ednews.net

16 İyul, Cümə axşamı


Təxminən 2 milyard Android smartfonu haker hücumu təhlükəsi altındadır

Elm və texnologiya A- A A+

Sadəcə Android 10 istifadəçilərinin bəxti gətirib.

Məlum olduğu kimi, kompüter təhlükəsizliyi tədqiqatçılarından ibarət Promon komandası bu anda təxminən iki milyard Android smartfonun hakerlər tərəfindən təhdid edildiyini aşkar edə bilib.

EDNews.net  ted.az-a istinadən bildirir ki, Stranghogg 2.0 adlı verilən yeni zəiflik özünü Android tətbiqetmələrinə bənzədə bilir.

Beləliklə, təcavüzkarlar istifadəçilərə "təhlükəli imtiyazlar və müxtəlif vacib məlumatlar" vermək adı ilə aldada bilərlər. Qeyd etmək lazımdır ki, Stranghogg 2.0 onuncu versiyasına qədər tamamilə Android əsaslı bütün qurğularda işləyir.

Google şirkətinin bir il əvvəlki araşdırmasına görə, dünyada 2.5 milyard Android cihazı aktivdir. Bu ilin aprel ayına olan məlumata görə isə istifadəçilərin yalnız 16%-i Android 10 versiyasından istifadə edir. Bu isə o deməkdir ki, təxminən 2 milyard insan risk altındadır.(milli.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...