“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE” “5G” smartfonunu təqdim edib.
“ZTE Axon 11 SE 5G” smartfonu 2340×1080 piksel təsvir ölçülü 6,53 düymlük IPS LCD displeylə təchiz edilib və sol yuxarı küncdə 16 mp-lik selfi-kamera üçün kəsik nəzərdə tutulub.
Arxa paneldə barmaq izləri skaneri və 4 kamera yerləşdirilib: 48 mp-lik əsas, 8 mp-lik super genişbucaqlı, 2 mp-lik makroobyektiv və 2 mp-lik dərinlik sensoru.
Akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfon “MiFavor UI OS” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
“ZTE” şirkətinin iddiasına görə, yeni smartfonun temperaturu, hətta “ağır” oyunlar zamanı 40 selsi dərəcəni ötməyəcək.(azerbaycan24)