"Facebook"un əməkdaşları Mark Zukerberqə etiraz olaraq tətilə hazırlaşırlar | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


"Facebook"un əməkdaşları Mark Zukerberqə etiraz olaraq tətilə hazırlaşırlar

Elm və texnologiya A- A A+

"Facebook" şirkətinin bəzi əməkdaşları ABŞ Prezidenti Donald Trampın paylaşımlarının silinməsi ilə bağlı irəli sürülmüş tələbə baş direktor Mark Zukerberqin etiraz etməsinə cavab olaraq virtual tətilə hazırlaşırlar.

EDNews.net  APA-ya istinadən xəbər verir ki, bu barədə "CNN" özəl mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, şirkətin əməkdaşları tətil edəcəkləri bütün gün ərzində işləməyəcəklərini bildiriblər. Eyni zamanda, kadrlar şöbəsinin tapşırıqları əsasında tətildə iştirak edəcək əməkdaşlara qarşı hər hansı cavab tədbirləri görülməyəcək.

Qeyd edək ki, "Facebook"un yaradıcısı Mark Zukerberq afroamerikalı Corc Floydun polis əməkdaşları tərəfindən öldürülməsi fonunda keçirilən kütləvi etiraz aksiyalarının yatırılması üçün Milli Qvardiya qüvvələrinin Minneapolis şəhərinə göndərilməsinin mümkünlüyü ilə bağlı prezident Donald Trampın yazdığı paylaşımları silməkdən imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...