BMU TEC pandemiya dövründə təlimləri virtual şəkildə hazırlayan ilk təşkilat olub

Elm və texnologiya 21:17 13.06.2020

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyəti (TEC) mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq karantin dövrü ərzində əyani həyata keçirilməsi planlaşdırılan bütün təlimləri virtual olaraq təşkil edib. Tələbələrin təlimlərdən geri qalmaması məqsədilə BMU TEC yaz semestrində ümumilikdə 25-dən çox onlayn təlim keçirib.

EDNews.net xəbər verir ki, BMU-da hər il Gənc Tədqiqatçıların Elmi Konfransının həyata keçirildiyini nəzərə alaraq TEC mart ayı ərzində “Tədqiqat metodları” adlı 2 təlim təşkil edib. İlk təlim Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev, digər təlim isə Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, dosent Zabitə Teymurlu tərəfindən reallaşıb. Təlimlərdə BMU-nun tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri də iştirak edib. Bununla bərabər BMU TEC daha çox tələbənin inkişafına töhfə vermək məqsədilə bütün təlimləri qeydə alıb və video görüntüdən yararlanmaq istəyən tələbələrə imkan yaradılıb, eləcə də TEC-in feysbuk və instaqram hesablarından canlı yayımlar təşkil edib.

Sərxan Rüstəmovun 500-dən çox şəxsin iştirak etdiyi “Mütaliədə 3N” təlimində mütaliə haqqında geniş məlumat verilib.

“İngilis dili öyrənməyin müasir metodları” adlı təlim Kembric Universitetinin CELTA beynəlxalq sertifikatlı müəllimi Orxan Həsənov tərəfindən gerçəkləşib. Təlimdə ingilis dili öyrənməyin effektiv metodları və səviyyə artırılması haqqında ətraflı məlumat verilib.

Təşkil olunan təlimlər sırasında Emin Quliyevin xaricdə təhsil və karyera ilə bağlı təlimini, Pərviz Həsənovun “Xəyalımdakı gələcək”, Mahmud Məmmədzadənin “Sizə sizdən danışım”, Elgün Məmmədovun “Bir semester ABŞ-da oxu” təlimlərini qeyd etmək vacibdir.  

Qapalı təlimlər Zoom və Google Meet proqramları vasitəsilə baş tutub. BMU-nun Kompüter və informasiya texnologiyaları kafedrasının müəllimi Aytac Qasımova tərəfindən “Kibermüdafiə”, Dünya iqtisadiyyatı kafedrasının müdiri Şəhriyar Muxtarov tərəfindən “Xaricdə məqalən çıxsın”, Nəcəf Allahverdiyev tərəfindən “Uğur formulu”, karantin rejimini və tələbələrin psixoloji vəziyyəti nəzərə alınaraq psixoloq Fuad Əsədov tərəfindən “Karantin müddətində motivasiyamızı necə qoruyaq” kimi təlimlər həyata keçirilib. Bütün təlimlər qeydə alınaraq müraciət edən bütün tələbələrə video görüntü göndərilib.

TEC-in sonuncu təlimi BMU-nun Elmi işlər üzrə prorektoru, Maliyyə kafedrasının dosenti, i.ü.f.d. Elçin Süleymanov tərəfindən “İctimai elmlərdə tədqiqat metodları və elmi resurs bazalarından istifadə” haqqında 2 günlük təlim olub. Təlimdə məqalənin necə yazılması, yaxşı məqalə hazırlanarkən nələrə diqqət edilməsi, Researchgate, Academia.edu  kimi bazalardan istifadə qaydaları haqqında nəzəri biliklər, həmçinin praktiki şəkildə tələbələrə çatdırılıb.

Karantin dövründə BMU TEC universitetin Texnopark və İnnovasiya Mərkəzi ilə əməkdaşlığını davam etdirib. Eyni zamanda Horizon Education Agency (HEA) ilə əməkdaşlıq quraraq tələbələrə xüsusi təkliflər (ingilis dili, xaricdə təhsil, xaricdə və Azərbaycanda təcrübə imkanları) hazırlayıb.

Qeyd edək ki, BMU TEC pandemiya dövründə layihələrin hazırlanması, mütəmadi olaraq məlumatların tələbələrlə paylaşılması, onların fikirlərinin  alınması və s. kimi çoxsaylı işlər görüb.

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Hamısı