Abşeronda “Silikon Vadisi” yaratmaq ideyası ekspert danışdı

Elm və texnologiya 22:35 19.06.2020

Bir neçə gün öncə prezident İlham Əliyevin “Microsoft” korporasiyasının rəhbərliyi ilə videogörüşü zamanı Azərbaycanda yüksək texnologiyalar sahəsində çalışan şirkətlərin fəaliyyət göstərəcəyi “Silikon Vadisi”nin yaradılması ideyası irəli sürülüb. Bu barədə prezidentin köməkçisi Şahmar Mövsümov danışaraq, Abşeronda belə bir parkın yaradılmasını mümkün hesab etdiyini deyib: “Hesab edirəm ki, ”Microsoft" şirkəti ilə çox yaxşı əməkdaşlıq qurmuşuq. Hazırda biz innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın innovasiya strategiyası üzərində işləyirik. Biz bu məsələdə də “Microsoft” şirkəti ilə əməkdaşlıq edirik. Biz “Microsoft” şirkətini daha da fəal olmağa çağırırıq. Hesab edirik ki, Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var. Bu məsələdə biz “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndiririk".

Qeyd edək ki, “Silikon Vadisi” ABŞ-ın Kaliforniya ştatında San-Fransisko şəhəri yaxınlığında yaradılmış texnoloji parka dünya mətbuatında qoyulan addır. Adın yaranmasına səbəb bölgədə sıx olaraq istehsal və inkişaf fəaliyyətində olan silikon çip istehsalçılarının və texnologiya sahəsində inkişafa böyük qatqı qatan şirkətlərin burada cəmləşməsidir.

Vadinin əsasında Stanford Universitetinin Mühəndis fakültəsinin dekanı Frederik Emmons Termanın fəaliyyətləri dayanır. O, bütün dünyadan alim və elm adamlarını universitetə cəlb edib.

Silikon Vadisi universitetlərin, texnologiya nəhənglərinin və araşdırma təşkilatlarının bir araya gəldiyi nəhəng bir texnologiya bölgəsidir. Burada 7 minə yaxın şirkət fəaliyyət göstərir. Onların arasında dünya şöhrətli “Adobe Systems”, “Advanced Micro Devices” (AMD), “Apple Inc.”, “Cisco Systems”, “Dolby Laboratories Inc.”, “eBay”, “Google”, “Hewlett-Packard”, “Intel”, “Oracle Corporation”, “Sun Microsystems”, “Symantec”, “Yahoo!”, “Linkedin”, “SanDisk” və s. şirkətlər var.

Hazırda vadidə 2,5 milyon nəfər insan yaşayır və fəaliyyət göstərir. Onların 34 faizi əcnəbidir; vadidə yaşayan hər bir əməkdaş öz şirkətinə ümumilikdə il ərzində 200 min ABŞ dolları qazandırır; vadidə yaşayanların yalnız 43 faizi ali təhsillidir; burada əməkdaşların orta illik əmək haqqı təxminən 150 min ABŞ dollar ətrafındadır. Əhalinin 5 faizi 20 milyon dollardan yuxarı kapitalı olan milyonerlərdən ibarətdir. Burada 50-dən çox milyarder var.

Qeyd edək ki, kompüterlərin və digər məhsulların dünya ixracının 20 faizi Silikon Vadisinın payına düşür. Vadinin Ümumi Daxili Məhsulu 750 milyard dollara yaxındır. Ayrıca dövlət olsaydı, dünyada ÜDM-in həcminə görə 18-ci yerdə gələrdi.

Azərbaycanda Silikon Vadisinə maraq son illərdə yaranıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə 2020-ci ilin fevralında Vadidə “Azərbaycan İnnovasiyalar Evi” fəaliyyətə başlayıb. Region ölkələrindən Vadidə təmsilçilik yaratmaq baxımından geridə qalanlardanıq.

Azərbaycanda ABŞ təcrübəsindən bəhrələnməklə texnoloji cənnətin yaradılması ideyası kifayət qədər cəlbedicidir. İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin fikrincə, bu ideyaya Azərbaycanda elm və təhsilin indiki səviyyəsi prizmasından baxaraq, onu qeyri-real hesab etmək düzgün yanaşma olmaz: “Azərbaycanda bir elm-texnologiya mərkəzinin yaradılması qeyri-mümkün olan ideya deyil. Bir çox ölkələr bu cür iddalı ideyaların reallaşması nəticəsində yüksək inkişafa nail ola biliblər. Sadəcə, onu bilmək lazımdır ki, bu ideyanı uğurla reallaşdırmaq yüksək elmi inkişaf, uzun müddət və ən əsası, zəruri olan bütün tədbirlərin icrasını təmin edəcək iradə hesabına mümkün olur. Silikon Vadisinin uğurundan sonra belə klasterlərin yaradılması təcrübəsindən bəhrələnmək istəyən ölkələr çox olub. Onların arasında uğur əldə edənlər də var, uğursuzluğa düçar olanlar da. Əvvəlcədən nəzərə almaq lazımdır ki, uğur əldə etmək üçün çox böyük zəhmət, iradə lazımdır”.

Ş.Mövsümovun Azərbaycanda innovasiya strategiyasının hazırlanması üzərində işlənməsinə dair səsləndirdiyi fikirlərə toxunan iqtisadçı-alim hələlik detalların açıqlanmadığını deyir: “Bu baxımdan, ideyanın icrasına dair hər hansı detal məlum olmadığı üçün konkret dəyərləndirmə aparmaq da mümkün deyil. Amma ideyanın reallaşması üçün vacib olan bir sıra məqamlar var ki, onlar mütləq nəzərə alınmalıdır. Əvvəla, bu sahədə uğur qazanan və qazanmayan ölkələrin təcrübələri dərindən öyrənilməli, səbəblər dəqiq müəyyənləşdirilməlidir. Digər tərəfdən, bu təcrübədən uğurla istifadə edən Sinqapur, Malayziya, İsveç kimi ölkələr heç də ABŞ-dakı təcrübəni kopyalamayıblar. Onların hər biri özünəməxsus yol seçərək, öz yerli şərtlərinə uyğun vadilərini yaradıblar. Bizdə də bu amillərə diqqət yetirilməlidir.

 
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO

Xəbər xətti

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Hamısı