“Nubia” şirkəti Çində bir neçə ay əvvəl “Play” smartfonunu təqdim etmişdir ki, hal-hazırda cihaz qlobal bazarda satışa çıxarılıb.
EDNews.net Open.az saytına istinadən xəbər verir ki, cihazı, İspaniyada “Red Magic 5G Lite” adı ilə təqdim ediblər. Yəni ki, bu “Red Magic 5G” smartfonunun sadələşdirilmiş versiyasıdır. Smartfon 8 GB operativ və 256 GB yaddaş həcmi ilə 612 avro dəyərində satışa çıxarılıb. Qeyd edək ki, Çində analoji versiya üçün cəmi 380 avto tələb edilir.
“Nubia Red Magic 5G Lite” smartfonu – 6.65 düym Full HD+ icazəli AMOLED displey, 144 Hrz tezlik, “Snapdragon 765G” çipi, 5G modem, 5100 mAh həcmli batareya, 30 Vt gücündə sürətli şarj, 48 MP + 8 MP + 2 MP + 2 MP-lik kvadro-kamera, Google Pay kontaktsız ödənişlər üçün nəzərdə tutulan NFC modul, USB-C port və OC Android 10 bazası ilə təchiz edilib.