Aqil Şirinov: Karantin rejiminin qaydalarına riayət etmək hamının vətəndaşlıq borcudur

Elm və texnologiya 11:14 25.06.2020
Hazırda dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı həyata keçirilən tədbirlər ölkəmizdə irimiqyaslı təhlükələrin qarşısının alınmasında mühüm rol oynadı. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövlətinin zamanında düşünülmüş tədbirləri olmasaydı, dünyanın qabaqcıl və inkişaf etmiş ölkələrini bürümüş bu dəhşətli virusla mübarizə çətinləşər, ölüm halları çoxalardı.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyib.
 
O bildirib ki, pandemiyaya qarşı birlikdə mübarizə aparmalıyıq. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə müxtəlif vaxtlarda karantin rejimi yumşaldılsa da, vətəndaşlarımızın bəzilərinin bu xəstəliyi ciddiyə almaması yenidən sərt karantin rejiminə keçilməsi ilə nəticələndi. Hələ də xəstəxanalarda bir çox vətəndaşımız virusla mübarizə aparır. Qəhrəman həkimlərimiz xəstəliklə mübarizə aparan vətəndaşlarımıza yardım etməyə çalışırlar. Risk altında qalan həkimlərimiz və polislərimiz hər gün ictimaiyyətə evdə qalmağı tövsiyə edirlər. Əgər verilən qərarlara riayət etsək, özümüzün və ətrafımızdakıların sağlamlığını düşünsək, yalnız ehtiyac olduğu təqdirdə icazələrdən istifadə etsək, pandemiya ilə mübarizədə qalib gələrik. Aqil Şirinov diqqətə çatdırıb ki, karantin rejiminin qaydalarına riayət etmək hamının vətəndaşlıq borcudur. Sosial məsafəyə və şəxsi gigiyena qaydalarına lazımınca əməl edilməli, qoruyucu vasitələrdən mütəmadi istifadə gündəlik həyat tərzimizə çevrilməlidir. Operativ Qərargahın da bildirdiyi kimi, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan, xəstəliyə qarşı qabaqlayıcı tədbirlər davam etdirilməlidir.
 
“Pandemiya şəraitində tətbiq olunan qaydalara əməl etməyə həm vətəndaşlıq, həm də dini-mənəvi baxımdan borcluyuq. Unutmayaq ki, bədənimiz bizə Allah tərəfindən verilmiş bir əmanətdir və onu qorumaq hər birimizin Yaradan qarşısındakı borcudur. “Qurani-Kərim”in “əl-Bəqərə” surəsinin 195-ci ayəsində buyurulur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın”. Əgər biz qaydalara lazımi şəkildə riayət etmiriksə, deməli, özümüzü bilə-bilə təhlükəyə atırıq”,- deyə Aqil Şirinov vurğulayıb.
 
İnstitut rəhbəri pandemiya ilə əlaqəli, xüsusən sosial mediada yalan və insanları çaşdırmağa yönəlmiş məlumatların mövcudluğuna da toxunub. O qeyd edib ki, COVID-19 virusu barədə, ancaq mütəxəssis rəyinə güvənməliyik: “Sosial şəbəkələrdə virusun olmadığına dair yalan məlumatlara rast gəlirik. Bu da əhalinin bir qismində çaşqınlıq yaradır. İnsanlarımızdan xahişim budur ki, belə məlumatlara inanmasınlar. Bəzən cəmiyyətdə müəyyən qədər tanınan şəxslərin də belə məlumatlara aldandığının və bu səpkidə xəbərlər yaydığının şahidi oluruq. Cəmiyyətdə nə dərəcədə tanınmasından asılı olmayaraq, əgər bir insan ixtisası olmayan sahədə mütəxəssis kimi fikir yürüdürsə, ona inanmamalıyıq. Biz ancaq mütəxəssis rəyinə güvənməliyik. Mütəxəssis olmayanların rəyi zənn-gümandan ibarətdir. Zənnin arxasınca getmək isə dinimizdə günah hesab edilir. “Qurani-Kərim”in “Hucurat” surəsinin 12-ci ayəsində buyurulur: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin”.
 
Rektor diqqətə çatdırıb ki, Məhəmməd peyğəmbər bir hədisində müsəlmanlara üzünü tutaraq, “Taun (yoluxucu xəstəlik) olan yerə getməyin. Taunun olduğu yerdən isə çıxmayın”, – deyərək yoluxucu xəstəliklərdən qorunmağın dini baxımdan da bir borc, qorunmamağın isə günah olduğunu vurğulayıb.
 
Hər bir vətəndaşımızı sosial məsuliyyətindən irəli gələrək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə səsləyirik. Axı, müqəddəs dinimiz İslam da bizə sağlamlığımızı qorumağı tövsiyə edir.
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Hamısı