Xəzər dənizi ciddi dayazlaşma təhlükəsi altındadır. Yavaş-yavaş həcmini itirən su hövzəsinin tutumunun azalmasının səbəbi qlobal istiləşmədir.
Eurasia Diary Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Zvezda” məlumat yayıb.
Almaniya və Niderlanddan olan alimlər bu barədə proqnoz veriblər. Onların məsələ ilə əlaqədar tədqiqatları “Nature Communications Earth & Environment” jurnalında dərc edilib.
Mütəxəssislər temperaturun artmasının XXI əsrdə Xəzər dənizində suyun güclü buxarlanmasına və müvafiq olaraq su hövzəsinin sahəsinin 23 faiz azalmasına uyğun model hazırlayıblar.
Bu cür dəyişikliklər təbiət və biomüxtəliflik üçün fəlakətli nəticələrə səbəb olacaqdır.
Bundan əlavə, dənizin dayazlaşması iqtisadi sahəyə təsir edəcək, xüsusən də gəmiçiliklə bağlı problemlərə gətirəcək.