Türkiyə Rəqabət Şurası “Facebook” və ona məxsus “WhatsApp”a qarşı messencer tərəfindən tətbiq olunacaq yeni siyasətlə əlaqədar araşdırmalara başlayıb.
Eurasia Diary “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun açıqlamasında deyilir.
Qeyd olunub ki, Şura “Facebook” və “WhatsApp”la bağlı öz araşdırmalarına başlayıb və sosial media və messencer istifadəçiləri arasında məlumat paylaşımına ehtiyac olmadığını hesab edir.