"WhatsApp" "Facebook"un istifadəçi mesajlarını və şəxsi məlumatları görməyəcəyini açıqlayıb | Eurasia Diary - ednews.net

6 Avqust, Cümə


"WhatsApp" "Facebook"un istifadəçi mesajlarını və şəxsi məlumatları görməyəcəyini açıqlayıb

Elm və texnologiya A- A A+

"WhatsApp" messencerinin rəhbərliyi yeni məxfilik siyasətinin bu xidmətə sahib olan "Facebook" şirkətinin istifadəçilərinin yazışmalarına və əlaqə siyahılarına daxil olmasına icazə vermədiyini açıqlayıb.

Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə messencerin rəhbərliyi öz "Twitter" hesabında məlumat yayıb.

""WhatsApp" və "Facebook" şəxsi mesajlarınızı görmür və zəngləri dinləmir. "WhatsApp" kimin mesaj yazıb, kimə zəng etdiyini izləmir. "WhatsApp" əlaqə siyahınızı "Facebook" ilə paylaşmır. "WhatsApp"dakı qrup söhbətləri gizli qalır", - məlumatda deyilir.

Bundan əvvəl "WhatsApp" istifadəçi müqaviləsini yeniləyərək bu messencerdən istifadə edən hər kəsi "Facebook"la məlumat paylaşmağı məcbur edib. Xüsusilə şirkət telefon nömrələri, əməliyyatlar və istifadəçilərin IP ünvanları haqqında məlumat yığacaq.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...