Rusiyalı iş adamı Pavel Durovun “Telegram” messenceri tezliklə istifadəçilər üçün yeni funksiya gətirəcək.
Eurasia Diary “Telegram Info”ya istinadən xəbər verir ki, yeniliklə istifadəçilər digər tətbiqlərdən mesajlaşma tarixçəsini köçürə biləcəklər.
Bildirilib ki, bəzi iOS istifadəçiləri “Telegram”ın 7.4 versiyasında təsadüfən “WhatsApp” və “Viber” kimi digər məşhur messencerlərdən hekayələri köçürməyə imkan verən funksiyaya rast gəliblər.
Lakin funksiya yaxın vaxtlarda rəsmən istifadəyə veriləcək.