Kosmosda da birgə - Türkiyə, Azərbaycan və Pakistan yeni müqavilə imzalayır | Eurasia Diary - ednews.net

18 Aprel,


Kosmosda da birgə - Türkiyə, Azərbaycan və Pakistan yeni müqavilə imzalayır

Elm və texnologiya A- A A+

“Kosmik fəaliyyətlərimiz sahəsində Azərbaycan və Pakistanla müqavilələrimiz hazırdır, imzalanma mərhələsinə gəldik”.

Eurasia Diary xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank “Anadolu” agentliyinə deyib.

Nazir deyib ki, Türkiyə kosmik fəaliyyətlərlə əlaqədar üç ölkə ilə müqavilə imzalanıb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin 10 milli kosmik proqramını açıqlayıb və Türkiyə Kosmik Agentliyinin (TUA) fəaliyyəti haqqında məlumat verilib. Tədbirdə Türkiyə Prezidenti Türkiyənin 2023-cü ilə qədər Aya enmək və Türkiyə vətəndaşı olan kosmonavtın hazırlanması planlarının olduğunu bildirib.

Türkiyə Prezidenti əl Fərqani, əl-Sufi, əl-Biruni, əl-Cəzirə kimi şərq astronomlarının adını çəkərək  “kosmonavt” sözünün türk dilində qarşılığının tapılmasını da arzulayıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...