“Twitter” Trampa güzəşt etmədi - Bərpa edilməyəcək | Eurasia Diary - ednews.net

20 Aprel, Çərşənbə axşamı


“Twitter” Trampa güzəşt etmədi - Bərpa edilməyəcək

Elm və texnologiya A- A A+
“Twitter” sosial şəbəkəsi ABŞ-ın eks-prezidenti Donald Trampın bloklanmış hesabını heç bir halda bərpa etməyəcək.
 
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bunu şirkətin maliyyə müdiri Ned Seqal MSNBC kanalına müsahibəsində bildirib.
 
“Əgə biz kimliyindən asılı olmayaraq, hər hansı bir şəxsi platformadan xaric etmişiksə, bu qəti qərardır. Bizim qaydalarımıza görə, heç kimin zorakılığa çağırış etməyə ixtiyarı yoxdur. Əgər kiminsə hesabı bu səbəbdən bloklanırsa, bir daha bərpa edilmir”, - deyə “Twitter” rəsmisi bəyan edib.
 
Xatırladaq ki, Trampın sosial şəbəkədəki hesabı yanvarın 6-da Kapitoliyə hücumdan üç gün sonra bağlanıb.
 
“Twitter” rəhbərliyi hadisələrin baş verdiyi gündə prezidentin yazdığı tvitlərdə zorakılığa təhrik edən ifadələrin yer aldığını bildirib.

moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...