Azərbaycanlı ixtiraçı “Green Awards” müsabiqəsinin qalibi oldu - VİDEO | Eurasia Diary - ednews.net

26 İyul, Bazar ertəsi


Azərbaycanlı ixtiraçı “Green Awards” müsabiqəsinin qalibi oldu - VİDEO

Elm və texnologiya A- A A+

Azərbaycanın gənc ixtiraçısı dünyada kifayət qədər tanınan “Rainergy” startapının təsisçilərindən olan Reyhan Camalova “Green  Awards” müsabiqəsinin qalibi olub.

O bu barədə öz “Facebook” profilində paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz dostlar, çox böyük qürur hissi ilə bildirmək istəyirəm ki, sizin səsləriniz sayəsində finala çıxdığım Greentech Festival-ı nəzdində keçirilən Green Awards (Yaşıl Mükafatlar) müsabiqəsində qalib oldum. Sevincimin həddi-hüdudu yoxdur. Bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək və Azərbaycan adına qalıb olmaq böyük şərəfdir. Sizə mənə olan dəstək və etimadınıza görə sonsuz minnətdaram!”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...