“Microsoft” korporasiyası əməliyyat sisteminin (ƏS) yenilənmiş versiyası olan “Windows 11”-i təqdim edib.
Eurasia Diary xəbər verir ki, təqdimat şirkətin internet saytında yayımlanıb.
“Windows 11”-də əsas yeniliklərdən biri əməliyyat sisteminin yenilənmiş dizaynıdır. Xüsusilə, “Start” menyusu ciddi dəyişikliklə üzləşib, belə ki, o, yenilənmiş sistemdə ekranın mərkəzində olacaq.