ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin texnologiyalar üzrə vitse-prezidenti Kevin Linç pilotsuz elektikli avtomobil hazırlanması üzrə “Apple Car” layihəsinə qoşulub.
Eurasia Diary xəbər verir ki, K.Linçin fəaliyyəti gələcək elektomobillərin pilotsuz idarəetmə sisteminin yaradılması üzərində cəmləşəcək.
Buna baxmayaraq o şirkətdəki vəzifəsində də qalacaq.
“Apple Car” layihəsi hələ ki, ilkin mərhələdədir. Layihə şirkətin maşın öyrənməsi və süni intelekt strategiysı üzrə baş vitse-prezidenti Con Cannandreanın kurasiyasındadır. Ötən ay “Apple” bu layihədə iştiraka Almaniyanın avtomobil nəhəngi “BMW”nin keçmiş top-menceri Ulrix Kransı cəlb edib.