Süni intellektli silahlar - ABŞ rəqiblərinə qarşı yeni proqramı işə salıb | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Süni intellektli silahlar - ABŞ rəqiblərinə qarşı yeni proqramı işə salıb

Elm və texnologiya A- A A+

ABŞ-la Rusiya və Çin arasında olan hərbi-siyasi gərginlik artmaqdadır.

EDNews.net  Azvision.az-a istinadən ​xəbər verir ki, müxtəlif sərhəd təxribatları, artan hərbi təlimlər və siyasi bəyanatalara artıq yeni elmi-texnoloji araşdırmalar da qoşulub. Bununla bağlı məqalə dərc edən "The Drive" nəşri yazır ki, Pentaqon hazırda Rusiya və Çin üzərində informasiya üstünlüyü əldə etmək üçün xüsusi texnologiyaları araşdırır. Süni intellekt sahəsində müasir texnologiyaların köməyi ilə ABŞ ordusu rəqiblərinin bütün ehtimal olunan hərəkətlərini əvvəlcədən hesablamağa çalışır. Yazıda belə bir proqram üzərindən artıq bir neçə təcrübənin aparıldığı bildirilir.

Rusiyada sərhəd gərginliyi: 1 həftədə 50 kəşfiyyat təyyarəsi izlənib Məsələyə münasibət bildirən general Qlen Vanxerkin fikrincə, bu cür texnologiyalar Amerika komandanlığının gələcəkdə rəqibləri ilə bağlı hərbi-siyasi vəziyyəti düzgün və operativ şəkildə qiymətləndirməsinə, eyni zamanda dəqiq proqnozlar verməsinə imkan verəcək.

Nəşr yazır ki, hazırda Pentaqon Rusiyanın süni intellektə əsaslanan hərb sistemlərinin yaradılması üzərində çalışmasından narahatdır. ABŞ səlahiyyətliləri Qərbin Rusiyada süni intellektli silahların meydana gəlməsinə adekvat cavab verə bilməyəcəyini ehtimal edirlər.



Məqalədə Amerikanın kosmosda da dominant mövqe tutmasına imkan verən yeni texnologiyaları inkişaf etdirdiyi qeyd edilib.

Xatırladaq ki, bir müddət öncə ABŞ İngiltərədə "casus radarlar"ı- kosmosa aid xüsusi baza quracağını bəyan etmişdi. Rusiya mediası bazanın kosmosda Moskva və Pekinin fəaliyyətlərinə qarşı olacağını iddia edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...