“WhatsApp” səsli ismarıcları mətnə çevirəcək - ednews.net

27 Noyabr, Şənbə

“WhatsApp” səsli ismarıcları mətnə çevirəcək

Elm və texnologiya A- A A+

Dünyanın aparıcı ismarıc mübadiləsi xidməti - “WhatsApp” “iPhone” istifadəçilərinə səsli ismarıcları mətnə çevirmək imkanı verəcək.

EDNews.net “Report”-a istinadən xəbər verir ki, yeni funksiya hələlik işlənmə mərhələsindədir və yaxın vaxtlardakı yenilənmədə beta-testçilər üçün əlçatan olacaq.

Onu aktivləşdirmək üçün istifadəçi tətbiqə xüsusi icazə verməli olacaq. Mətn onlayn rejimdə deşifrə ediləcək və avtomatik olaraq messencerin şifrələnmiş məlumatlar bazasında yaddaşa düşəcək. Əgər səsli mesaj çox uzundursa istifadəçi mətnə çevirmək istədiyi hissəni özü seçə biləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...