Rusiyanın “R-Pharm” əczaçılıq şirkəti Oxford Universitetinin və “AstraZeneca”nın lisenziyası əsasında ixracat məqsədi ilə koronavirusa qarşı vaksin istehsalına başlayıb.
EDNews.net Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov bildirib.
Onun sözlərinə görə, daxili bazar Rusiya məhsulları ilə tam təmin edilib: "Artıq Rusiyada xarici peyvəndlər istehsal olunur. “AstraZeneca”nın ixrac müqavilələri əsasında istehsalına başlanılıb. Daxili bazara gəldikdə, biz öz məhsullarımızla tam təmin olunmuşuq. Gələcəkdə hər şey mümkündür, hazırda isə öz dərmanımızı dəstəkləyirik", o deyib.
Xatırladaq ki, “R-Pharm”ın baş direktoru Vasili İqnatiyev may ayında bildirmişdir ki, şirkət Oxford Universiteti və “AstraZeneca”nın lisenziyası əsasında koronavirus peyvəndinin ilk partiyasını iyun ayında buraxmağı planlaşdırır.