Çin Juhaida keçiriləcək “Airshow China” sərgisində J-16D adlı yeni radioelekton mübarizə təyyarəsini təqdim edəcək.
EDNews.net xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinin EA-18G “Growler” təyyarələri ilə oxşar missiyaları yerinə yetirəcək.
“Taiwan News” nəşrinə görə, J-16D sentyabrın 5-də Tayvan adasının Hava Hücumundan Müdafiə Bölgəsi yaxınlığında uçan təyyarələrdən biridir.
J-16D təyyarəsinin qanadlarında radar və rabitə sistemləri də daxil olmaqla düşmənin radioelektron mübarizə vasitələrini sıradan çıxarmaq üçün elektromaqnit dalğaları buraxan iki böyük radioelektron mübarizə bölməsi var.
J-16D yeni avionika sistemi və yerli mühərriklərlə təchiz edilib. Təyyarədəki elektron hücum cihazlarının yerli mənşəli olduğu bildirilir.