Ən qədim insan Şimali Amerikanın cənubunda yaşayıb - Amerika arxeoloqları - ednews.net

25 Oktyabr, Bazar ertəsi

Ən qədim insan Şimali Amerikanın cənubunda yaşayıb - Amerika arxeoloqları

Elm və texnologiya A- A A+

ABŞ-ın Nyu-Meksiko ştatında aparılan arxeoloji qazıntılar nəticəsində sonuncu buz dövründə yaşayan insanların qalıqları aşkar edilib.

EDNews.net "Report"-a istinadən  xəbər verir ki, bu barədə "Science" jurnalında məqalə dərc olunub.

Arxeoloji qazıntılar qədim dövrlərə aid sübutları göstərməklə yanaşı, eləcə də ən qədim insanların Şimali Amerikanın cənubunda mövcud olduğunu ortaya çıxarır.

Amerikanın ilk sakinlərinin meydana çıxma vaxtı 13-20 min il əvvəl arasında dəyişir.

Arxeoloqların araşdırmasının dəqiqliyinə bir sıra metodlardan istifadə etməklə zəmanət verilir: çöküntü təbəqələrinin analizi və hər təbəqədə bitki toxumlarının qalıqlarının radiokarbon analizi.

Qeyd edək ki, tarix elmi ən qədim insanların izlərinin Afrika va Asiyada aşkar edildiyini bildirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...