Bu il "Nobel" sahiblərinə öz ölkələrində təqdim olunacaq - ednews.net

25 Oktyabr, Bazar ertəsi

Bu il "Nobel" sahiblərinə öz ölkələrində təqdim olunacaq

Elm və texnologiya A- A A+

Bu il Nobel mükafatları laureatlara öz ölkələrində təqdim olunacaq.

EDNews.net Modern.az-a istinadla xəbər verir ki, bu qərar Nobel Fondu tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar növbəti mükafatlandırma mərasimi ləğv edildikdən sonra verilib.

Stokholmda ənənəvi keçirilən Nobel mükafatı mərasimləri əvəzinə builki format müxtəlif tədbirlərdən ibarət olacaq.

2020-ci ildə COVID-19 pandemiyası artıq 12 laureatın ənənəvi şəkildə təntənəli mükafatlandırılmasından imtina etməsinə səbəb olub. Tədbirin rəsmi ziyafəti də ləğv edilərək Avropa və ABŞ-da kiçik mərasimlərlə əvəzlənib.

 

Öz növbəsində, Norveç Nobel Komitəsi hər il Osloda keçirilən Nobel Sülh Mükafatı laureatlarının təqdimetməsini və onları əvvəlki qayda ilə mükafatlandırmaq imkanını hələ də nəzərdən keçirir. Komitə cari il oktyabrın ortalarında builki tədbirlərin formatını açıqlamağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...