Yupiterdə nadir hadisə qeydə alınıb - ednews.net

3 Dekabr, Cümə

Yupiterdə nadir hadisə qeydə alınıb

Elm və texnologiya A- A A+

Yaponiyalı astronom, Kiyoto Universitetinin dosenti Arimatsu Ko Yupiter planetinin səthində anormal hadisə qeydə alıb.

EDNews.net xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Astronom Yupiterdə diqqətçəkən bir parlaq görüntünün olduğunu söyləyib. Onun sözlərinə görə, indiyə qədər bu planetdə cəmi 8 dəfə belə hal müşahidə olunub.

- Arimatsu cümə günü yerli vaxtla 22:30 -da Yupiterin ekvatorundan bir qədər uzaqda, təxminən 3 saniyə davam edən bir partlayışa bənzər parıltı görüb. İlkin analiz göstərib ki, hadisəyə səbəb diametri bir neçə metr olan meteorun Yupiterə düşməsidir. Astronom bu hadisəni görəndən sonra təəccübünü gizlətməyib. Çünki bu çox nadir bir hadisədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...