Cənubi Koreya 2028-ci ilə qədər yeni yüngül torpedaların inkişafı üçün 135 milyon dollarlıq layihəyə start verəcək.
EDNews.net xəbər verir ki, bu barədə ölkənin Müdafiə Satınalmaları Proqramı Agentliyi (DAPA) məlumat yayıb.
Agentlik bildirib ki, torpedo layihəsi müvafiq qurumlar tərəfindən təsdiqlənib.
Hazırda Hərbi Dəniz Qüvvələrində “Baek Sang Eo” ağır çəkili torpedalar, K745 “Chung Sang Eo” yüngül torpedaları xidmətdədir. “Baek Sang Eo” düşmən sualtı qayıqlarını vurmaq üçün suüstü gəmilərdə, dəniz helikopterlərində və sualtı qayıq əleyhinə patrul təyyarələrində yerləşdirilir. 1,5 metr qalınlığında olan torpedolar polada nüfuz etməyə qadirdir.
Komitə həmçinin 2027-ci ilə qədər Hərbi Hava Qüvvələrinin əməliyyatları üçün GPS ilə idarə olunan bombaların tədarükü üçün daha 400 milyon dollarlıq layihəni təsdiqləyib. Təsdiqdən sonra xarici firmalarla müvafiq müqavilələr bu ildən qüvvəyə minəcək.