“BAE Systems” şirkəti ABŞ-ın milli kəşfiyyat direktoruna tabe olan Kəşfiyyat Araşdırmaları Agentliyi (IARPA) üçün RF (radiodalğa) spektrində siqnalları müəyyən edən maşın öyrənməsi inkişaf etdirəcək.
Ednews xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
IARPA Məlumatların Təhlükəsizliyi (SCISRS) proqramının bir hissəsi kimi RF spektrində siqnalları müəyyən edən maşın öyrənməsi və Süni Zəka (SZ) texnologiyası inkişaf etdirməsi üçün “BAE Systems” şirkəti ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 14 milyon dollardır.
Yeni yaradılacaq SZ və maşın öyrənmənin təkmilləşdirilmiş situasiya məlumatlılığı təmin edəcəyi, təhdidləri hədəf almağa kömək edəcəyi və zərərli hücumlara qarşı rabitənin təhlükəsizliyini təmin edəcəyi gözlənilir.
“Bizim texnologiyamız getdikcə daha sıx olan elektromaqnit spektr mühitlərində RF siqnallarını müəyyən edəcək və kommersiya və ya hərbi istifadəçilərə əməliyyat mühitləri haqqında daha çox avtomatlaşdırılmış situasiya məlumatlılığı təmin edəcək”, - deyə şirkət bildirib.
SCISRS proqramının məqsədi mürəkkəb RF anomaliyalarının və gözlənilməz siqnalların aşkarlanması və səciyyələndirilməsi daxil olmaqla, məlumatların təhlükəsizliyini təmin etmək üçün bu mühitləri avtomatik başa düşən ağıllı radio texnikalarını inkişaf etdirməkdir.