Süni intellektin (AI) nə vaxtsa şüurlu olub-olmayacağı ilə bağlı müzakirələr bütün dünyada manşetlərə çevrilib.
Ednews xəbər verir ki, OpenAİ-nin aparıcı tədqiqatçısı İlya Sutskever bu məsələyə münasibətini şəxsi tviter hesabında bölüşüb:
"Bəlkə də bugünkü böyük neyron şəbəkələri bir az şüurludur."
Bu, kifayət qədər zərərsiz bir bəyanat kimi görünsə də dərhal bir çox elm adamının reaksiyasına səbəb olub.
UNSW Aİ tədqiqatçısı Tobi Uolşa görə, bunun səbəbi belə tapıntıların narahatlıq doğurması və ola bilsin ki, süni intellektin təkamülünə təsir etməsidir.
"Hər dəfə bu cür spekulyativ şərhlər efirə çıxanda söhbəti süni intellektin yaratdığı daha real imkanlara və təhdidlərə qaytarmaq aylarla səy tələb edir",-deyə Uolş tviter hesabında yazıb.
Qeyd edək ki, Aİ-nin şüurlu ola biləcəyi və ya artıq şüurlu hala gəldiyi iddiaları insanların qorxusuna səbəb olur. Onlar başa düşürlər ki, süni intellekt texnologiyanı gec-tez ələ keçirəcək, lakin əgər texnologiyanın artıq AI-nin inkişafında növbəti mərhələyə yaxınlaşdığına dair sübutlar varsa, bu barədə danışılmaması insanları daha çox narahat edir.