Fransa ordusu quşların və həşəratların uçuşlarından ilhamlanaraq hazırlanacaq qanadlarını çırpa bilən Pilotsuz Uçuş Aparatı (PUA) layihəsini təqdim edib.
Ednews xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Biofly” layihəsinin məqsədi sabit və fırlanan qanadlı PUA-larda olmayan xüsusiyyətləri özündə birləşdirən, qanadlarını çırparaq uça bilən PUA hazırlamaqdır.
PUA kiçik ölçüsü və yüngül çəkisi (50 q) ilə xüsusi diqqət çəkir.
Yeni proqram 2014-cü ildə elan edilmiş “elektron quş” layihəsinə – “karbon lif qanadlara və polimerlərdən hazırlanmış gövdəyə” malik “Bionic Bird” PUA-sına əsaslanır.
Layihənin məqsədi “Bionic Bird”in “hərəkət sistemini, qanadların hərəkət mexanizmini” və uçuş imkanlarını təkmilləşdirməkdir.