2022-ci ilin iyun ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 3 pillə irəliləyib və 33,64 MB/S sürətlə 58-ci pillədə qərarlaşıb.
Ednews xəbər verir kiŞ bu barədə “Speedtest Global Index” məlumat yayıb.
“Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 118-ci yerdə qərarlaşıb ki, bu da may ayı ilə eynidir. İyunda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22 MB/S olub” –deyə məlumatda qeyd olunub.
182 ölkənin yer aldığı siyahıda 1-ci sırada Çili (213,73 MB/S), sonuncu yerdə isə Kuba (1,84 MB/S) qərarlaşıb.