Qlobal Smartfon tədarükünün 6,5 faiz azalacağı gözlənilir.
Ednews xəbər verir ki, koronovirus epidemiyası ilə avtomobil sənayesində başlayan çip təchizatı problemləri daha sonra məişət elektronikasına yayılıb.
Aylar keçsə də həllini tapmayan çip böhranı 2022-ci ildə də smartfon bazarına təsirini davam etdirir.
Digər tərəfdən, Çindəki pandemiya məhdudiyyətləri və bütün dünyada yüksək inflyasiya səbəbindən istehsal və təchizat prosesləri çətinləşən smartfon bazarını çətin günlər gözləyir.