Alimlər Yerdən təxminən bir milyard işıq ili uzaqlıqdakı "SDSS K1430+2303" qalaktikasında iki qara dəliyin toqquşmaq üzrə olduğunu iddia ediblər.
Ednews "nydaily"-ə istinadən xəbər verir ki, üç il sonra baş verməsi gözlənilən toqquşma zamanı qara dəliklər və kosmosla bağlı bir çox yeni məlumatın ortaya çıxa biləcəyi düşünülür.
Toqquşma zamanı kainatla bağlı bir çox yeni müşahidələrin aparıla biləcəyi gözlənilir.
Qeyd edək ki, Hadisənin Yerə heç bir təsiri olmayacağı proqnozlaşdırılıb.
Nəzrin Beydiyeva