Peşə Təhsili üzrə Dövlət Agentliyi bitkiçilik mütəxəssisi ixtisası üzrə qəbul elan edib.
Agentlikdən bildirilib ki, bu ixtisasa yiyələnməklə bitkiçilik üzrə müasir texnikadan istifadə etmək bacarığı, traktor və kənd təsərrüfatı texnikasından istifadə üçün sürücülük vəsiqəsi, müxtəlif kənd təsərrüfatı müəssisələrində iş imkanı və s. əldə etmək mümkündür.
Müraciətlər sentyabrın 5-dək qəbul olunacaq.