Azərbaycan alimlərinin yeni texnoloji həlli Vyetnamın neft yatağında sınaqdan keçirildi

Elm və texnologiya 17:08 05.09.2022
Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) Maye və qaz mexanikası şöbəsinin əməkdaşları tərəfindən işlənilmiş yeni texnoloji üsul və həllər uzun illər ərzində neft-qaz hasilatı sahəsində çalışan şirkətlərin maraq dairəsindədir.
Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, şöbədə yaradılmış çoxsaylı innovativ texnologiyalar Azərbaycanda – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Daşları, 28 May, N.Nərimanov, Qum Adası, Abşeronneft, Binəqədi, Qarasu, Çin Xalq Respublikasında - Sinopec, Petrochina, CNOOC neft şirkətlərin Yanjiao, Jidong, Bohai Bay, Cunyan yataqlarında, ABŞ-da – GTT, Meksika körfəzi, Oklahoma ştatı yataqlarında, Rusiya Federasiyasında – “LUKOİL”, “Nijnevartovskneft”, “Surgutneftegaz”, “Gazpromneft”, “Slavneft” və “Permneft” şirkətlərinin Langepas, Koqalım, Uray, Samotlor, Novo-Pokursk, Fyodorovsk, Lyəntor, Polazna və s. yataqlarında öz tətbiqlərini tapıb. Bu kimi texnologiyalar sırasında RMİ-nin alimləri tərəfindən – AMEA-nın müxbir üzvü, professor Qeylani Pənahovun rəhbərliyi ilə işlənib-hazırlanmış tərkiblə boru kəmərlərinin su, kondensat və mexaniki qarışıqlardan təmizlənməsini qeyd etmək olar.
Dəniz neft-qaz yataqlarının istismarında flüidlərin yığım və nəqli ilə əlaqədar həyata keçirilən texnoloji proseslər mürəkkəb olmaqla yanaşı, həm də məsuliyyətlidir. Bu şəraitdə stasionar platformalara çıxışları olan rayzerlərə malik sualtı boru kəmərləri korroziyaya uğramaqda və ətraf mühitə təsirdə çox həssasdırlar. Boru kəmərində maye və digər qarışıqların yığılması həm də kəmərin buraxma qabiliyyətinin azaldılmasına gətirib çıxardığından bu vacib məsələnin həlli xüsusi aktuallıq tələb edir.
Burada dəniz neft-qaz yataqlarının işlənməsində istismarda olan qaz kəmərlərində xüsusi buraxılış kameraların olmaması, uzunluğu 70 metrdən çox rayzerlərin mürəkkəb həndəsi quruluşa malik olması bu obyektlərdə təmizlənməni daha da çətinləşdirir.
Belə problemin Vyetnam Sosialist Respublikasının “Vietsovpetro” şirkətinin “Belıy Tiqr” yatağında stasionar platformaları arasında olan qaz kəmərlərində mövcudluğu qeyd olunub.
RMİ-də bu problemlə əlaqədar texnoloji həllərin mövcudluğunu nəzərə alaraq məsələnin həlli ilə əlaqədar Vyetnamın “PV-Chem” (“Petrovietnam”) şirkəti tərəfindən professor Qeylani Pənahov və dosent Eldar Abbasov sınaq tədqiqatlarının aparılması üçün Vunqtau şəhərinə dəvət edilib.
Vunqtau şəhərinə ezam olunan Azərbaycan alimləri Vietsovpetro Elmi-Tədqiqat İnstitutunda elm müəssisəsinin direktor müavini texnika üzrə fəlsəfə doktoru Aleksey İvanov, “Vietsovpetro” istehsalat-texniki şöbəsinin müdiri Le Dan Tam və “PV-Chem” şirkətinin nümayəndələrinin birgə iştirakı ilə bu istiqamətdə çətinliklərin həlli yolları müzakirə edilib, tədqiqat planı işlənib-hazırlanıb.
İlk növbədə “PV-Chem” şirkətinin bazasında təklif olunan həll ilə əlaqədar eksperimental tədqiqatlar aparılıb, müsbət nəticələrin təsdiqindən sonra yeni özlü elastiki tərkib və texnoloji işlənmə, iyulun 8-dən 13-dək “Vyetsovpetro”nun mütəxəssisləri, Azərbaycan alimləri və “PV-Chem” şirkətinin nümayəndələrinin birgə iştirakı ilə DSP-7 və DSP-5 stasionar platformaları arasında, 1500 m uzunluğunda çətin relyefə malik qaz kəmərində uğurla sınaqdan keçirilib.
Aparılan əməliyyat nəticəsində qaz kəmərinin təmizlənməsinə nail olunub, proses maksimum 5 atm təzyiq altında 8 kubmetr su və kondensat sıxışdırılması ilə başa çatdırılıb.
Sınaq zamanı əldə edilmiş müsbət nəticələr Azərbaycan alimlərinin Vyetnamın neft-qaz sənayesində digər yeni işlənmələrin tətbiqi üçün də əhəmiyyətli əsas olub.
Burada lay təzyiqinin anormal-aşağı olması şəraitində neft quyularının “boğulması”, quyuda udulma, yüksək keçiricilikli layların selektiv izolə edilməsi və bir sıra digər texnoloji həllər gələcəkdə birgə tədqiqat əməkdaşlığı üçün vacib məsələlər kimi qeyd olunub.

 

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Hamısı