Fazil Mustafadan sərt sözlər: “Məktəbli formasından kimlərsə korrupsiya şorbası bişirməsin”

Elm və texnologiya 15:19 05.09.2022

Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkədəki hesabında məktəbli formalarının valideyinlırdə yaratdığı narazılıqla bağlı paylaşım edib.

Ednews.net millət vəkilinin həmin fikirləri təqdim edir:

“Azərbaycan Respublikasının əlahəzrət Konstitusiyası var. Orada ən dəyərli maddələrdən biri də 42 saylıdır. Bu maddə hər kəsə təhsil hüququ verir və üstəlik də pulsuz icbari ümumi orta təhsil almaq hüququnu dövlətin təmin etdiyini bildirir. Təəssüf ki, bu gün həmin hüququn real həyatda gerçəkləşdirilməsi həm də “Oxumuram!” və ya “Oxutmuram!” deyə biləcək bir hüququn yaranmasına bəhanə verir. Ancaq bizim aydınlıq gətirmək istədiyimiz əsas məsələ məhz bu hüquqdan istifadə edən, övladını icbari təhsil almağa həvəslə göndərən, hətta bunun üçün “yaxşı məktəb”, “yaxşı sinif” üçün qeyri-qanuni vəsait ödəyən insanlara aiddir.

İstənilən vətəndaş pulsuz orta təhsili dövlətin hesabına alır və dövlət bunu etməyə borcludur: “Bu həm də o deməkdir ki, məktəblin işığından başlamış istiliyinə, təmizliyinə, oturacaq yerinin keyfiyyətinə, uşağın məktəbə nəqliyyat vasitəsi ilə çatdırılmasına, uşaqların təhlükəsizliyinə, məktəb hüdudlarında sağlamlığına, savadlı və əxlaqlı pedaqoqlarla, idarəçilərlə təmin olunmasına və ən əsası da dərslik, ləvazimat, məktəb hüdudlarında geyim formasına qədər təminat dövlət tərəfindən gerçəkləşdirilməlidir. Bunun üçün də dövlət büdcəsindən ayrıca bəndlər üzrə vəsait ayrılır. Uzun illərdir ki bizim məmləkətdə icbari təhsil hüququ və təhsilverən üçün təhsil alanın qanunsuz ödənişlər etməsi problem olaraq qalır. Açıq etiraf edək ki, dövlət öz üzərinə düşən minimumları edir: məktəb tikir, təhsil verdiyinə görə müəllimə pul ödəyir, dərslikləri pulsuz verir, yaxşı-pis təhsil infrastrukturunu qurur, təhlükəsizliyi qoruyur. Lakin Konstitusiyanın tələbinə uyğun gələn bəzi öhdəliklərin yerinə yetirilməsi illərdir, mümkün olmur. Burada söhbət təkcə təhsil şəbəkəsində geniş yayılmış korrupsiya elementlərindən getmir, məktəbə ənənəvi baxışın dəyişməməsindən gedir”.

Əgər orta təhsil icbaridirsə, uşağın təhsil hüququ varsa və o, aclıqdan, geyimsizlikdən, nəqliyyat imkansızlığından bu hüququmu gerçəkləşdirə bilmirəmsə, bunun maddi təminatını da mütləq dövlət etməlidir: “İndi bizdə uşağın məktəbə çatdırılması üçün nəqliyyat xərcləri, məktəbdə ac-susuz qalmaması üçün ödənişlər, dərslikdənkənar xeyli sayda vəsaitin alınması, idman ləvazimatları, məktəbli çantası təminat olaraq valideyinə aiddir. İllərdir buraya məktəbli forması da əlavə olunur və bu forma standartları və seçimi xüsusi bir korrupsiya şəbəkəsinin formalaşmasına imkan yaradır. Əgər valideyinin bu təminatı gerçəkləşdirməyə maddi imkanı və ya həvəsi yoxdursa, o halda nə baş verəcək? Uşağı məktəbdən hansı əsaslarla uzaqlaşdıracaqlar? “Niyə maşın tapıb dərsə gələ bilmirsən, niyə pul tapıb forma ala bilmirsən, niyə çantan yoxdur, niyə idman dərsləri üçün geyim almamısan?” kimi sualları hansı əsasla verə bilərsiniz?! Sözün qısası budur: hansısa vəzifəli şəxsin, hansısa qurumun, hansısa direktorun, sinif rəhbərinin “bu cür forma geyəcəksən, filan yerdən alacaqsan, filan qiyməti ödəyəcəksən” tələbi, təklifi, hətta tövsiyyəsi tamamilə qanunsuzdur. Dövləti təmsil edən müvafiq icra hakimiyyəti ya özün bu formanı verəcəksən (Konstitusiya da məhz bunu deyir), təmin edə bilmirsənsə valideyn üçün optimal standartlara uyğun gələn (açıq-saçıqlığa, fərqləndiriciliyə aşkar yol açmayan) alternativ forma əldə etməsinə imkan yaradacaqsan! İndiki halda məktəblilərə ödənişlə təklif olunan məktəbli formaları valideyinlərdən qanunsuz şəkildə alınan, onlara yüklənən bir korrupsiya variantıdır.

Bu şəbəkədən, bu qiymətə və həm də bu formanı almalısan dayatması mədəniyyətsiz bir soyğunçuluqdur. Buyurub məktəblər üçün beş-on növdə alternativ geyim forması tövsiyyə edin, valideyn də minimum məsrəflə və ya məsrəfsiz şəkildə bu problemi çözə bilsin. Sözümün canı budur ki, hansısa vəzifəli şəxsin, sinif rəhbərinin məhz bu formanı geyməlisən, məhz bu formanı almalısan deməsi tamamilə qanuna ziddir, vətəndaşın təhsil hüququnun gerçəkləşməsinə qarşı davranışdır. Əlbəttə, geyim üçün məktəbə xas əxlaq standartlarının tələb olunmasına hansısa valideyn narahat olmaz, əsas odur ki, məktəbli formasından kimlərsə korrupsiya şorbası bişirməsin”.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Hamısı