Təhsil ekspertindən məktəbli formaları ilə bağlı açıqlama

Elm və texnologiya 19:01 13.09.2022

Xəbər veridiyimiz kimi Bakı Tikiş Evinin önündə valideynlərin məktəb geyimlərini əldə etmək üçün izdihamı olmuşdu.

Daha öncə təhsil nazirliyinin keçirdiyi brifinqdə nazir Emin Əmrullayev bildirmişdi ki, şagirdlərə yeni məktəbli formalarının alınması məcburi deyil. Əgər Təhsil Nazirliyi məktəbli formaların vacib olmadığını nəzərə çatdırırsa, bəs nə üçün BTE-nin qarşısında belə böyük izdihamlar yaşanır?

Məsələ ilə bağlı Təhsil Eksperti Kamran Əsədov Ednews-a açıqlamasında bildirib ki, bizim dövlət məktəblərimizdə 1.6 milyon şagird təhsil alır. Təhsilin əsasını planlaşdırma və proqnozlaşdırma təşkil edir. Hazırda məktəbli formaları ilə bağlı problem onu göstərir ki, bizim təhsili idarə edənlərin düzgün planlaşdırılması birmənalı şəkildə yoxdur. 

 “Başa düşməli idilər ki, məktəbli formaları vacib problem olaraq ortaya çıxacaqdı. Şagirdlərin məktəblərə yeni formalarla getməyi mütləq şəkildə olmasa da nəzərə alaq ki, bu il 1-ci sinifə 158 min şagird təhsil alacaq. Onların yeni məktəbli forması ilə gəlməsi əsasdır. Azərbaycanda məktəbli formalarından istifadə 2009-cu ildə Təhsil haqqında qanun qəbul olunandan sonra həyata keçirilməyə başlayıb. 2011-ci ildən ölkə üzrə məktəblərdə məktəbli formaları tətbiq edilib. Tədris ilinin başlamasına bir həftə qalmış Bakı Tikiş Evi tərəfindən istifadəyə verilib. Bu problemi əslində 3 ay əvvəl həll etmək lazım idi. Çünki bu qısa müddət ərzində Bakı Tikiş Evi 1.6 milyon şagirdin hər biri üçün məktəbli formasını hazırlayıb təhvil verə bilməz. Təhsil Nazirliyi də həmişə olduğu kimi məsələdən yaxasını kənara çəkərək canını qurtarmaq istəyir. Amma bu belə deyil.  Ola bilər ki, valideynin bu gün aldığı forma növbəti tədris ilində məktəbin pedaqoji şurasının qəbul etdiyi qərar ilə fərqli forma rəngi olsun. Bu təbii ki, valideynlərə əlavə maliyyə yükünə salacaq ciddi bir problemdir”.

K.Əsədov sonda bunları bildirib:

Tədris  prossesində müəyyən məsələlər var ki, orada məcburi yanaşma tətbiq olunmalıdır. Biz bilməliyik ki,  məktəbli formalarının dizaynı, forması rəngi məktəb rəhbərliyi tərəfindən seçilir. Hesab edirəm ki,  BTE-nin önündəki izdiham onu göstərir ki, yeni tədris ilinin başlanmasında müvafiq qurum öz öhdəliyini  yerinə yetirə bilmir. Bu tədris ilinin gedişatında da öz mənfi təsirini göstərəcək. Çünki Təhsil nazirliyi hər nə qədər məcburi deyil desə də, amma məktəb direktorları məcbur edir ki, məktəb formaları ilə gəlmək lazımdır. Bu da onu göstərir ki , təhsili idarə edən qurumla onun idarə etdiyi qurum arasında ciddi fikir ayrılığı var. Ona görə də tədris ilinin başlamasına 3 ay qalmış bu problem öz həllini tapmalı idi”.

 

 

İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
Hamısı