Dünya miqyasında istifadəçi sayına görə ilk sırada olan mesajlaşma platforması “WhatsApp” məxfiliyi gücləndirən funksiyanı aktivləşdirəcək.
Ednews “WABetaInfo” portalına istinadən xəbər verir ki, birdəfəlik baxmaq üçün nəzərdə tutulmuş foto və videoların “screenshot” edilməsi qadağan ediləcək.
Bildirilib ki, ekran görüntüsü çəkilən zaman, təhlükəsizlik siyasətinə görə bu hərəkətin mümkün olmadığını bildirən bir "pop-up" bildirişi görünəcək.
İstifadəçilər ekran görüntüsünü çəkməyə cəhd edərlərsə, görüntü qara görünəcək.
Geniş istifadəçi kütləsi üçün funksiyanın istifadəyə verilməsinin dəqiq vaxtı hələlik məlum deyil.