Millət vəkili Cavanşir Feyziyevin "Türk dünyası" kitabı Şəkidə təqdim edildi

Elm və texnologiya 17:00 25.10.2022

Oktyabrın 24-də ADPU-nin Şəki filialında millət vəkili Cavanşir Feyziyevin 5 cilddən ibarət "Türk dünyası" kitablarının təqdimatı və müzakirəsi keçirilib.

Ednews xəbər verir ki, tədbiri giriş sözü ilə Universitetin Şəki filialının direktoru, riyaziyyat elmləri doktoru, dosent Rafiq Rəsulov açıb. Daha sonra "Təbiət fənləri və onların tədrisi texnalogiyası" kafedrasının müdiri, professor Firədun İbrahimov müəllifin elmi yaradıcılığı haqqında məlumat verərək bildirib ki, C. Feyziyev  8 kitabın, 70-dən çox elmi məqalənin müəllifidir və dövrü mətbuatda ictimai-siyasi mövzularda yazdığı 200-ə yaxın məqalə ilə çıxış edib. Universitetin Şəki Filialının tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva Cavanşir Feyziyevin 5-cildliyə daxil olan "Türk sivilyasiyasının təməl dəyərləri"  adlı birinci kitabı haqqında geniş məlumat verərək tələbələri bu kitabda şərh edilmiş yeni biliklərə yiyələnməyə çağırıb.

Tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova "Türk dünyası" toplusunun 2-ci cildi - "Türk xalqları" kitabı haqqında çıxış edərək təqdim olunan kitabda bütün Avrasiya boyunca yaşayan çoxsaylı türk xalqlarının etnoqrafik təsnifatına yer verildiyini  bildirib.  Tarixçi alim Zərinə Cavadova  qeyd edib ki, dünyanın  harasında yaşamağından asılı olmayaraq  bütün türk xalqlarının ortaq tarixə  və mədəniyyətə malik olması onların sivilzasiya bütövlüyünü təmin edir və bu bütövlük əsasında müasir müstəqil türk dövlətləri öz gələcəyini qururlar.

Humanitar Fənlər Kafedrasının baş müəllimi Həbibulla Manaflı "Türk dövlətçiliyi tarixi" adlı 3-cü kitab haqqında məruzə ilə çıxış edib. Öz çıxışında türk dövlətçiliyinin qədim ənənlərindən danışan natiq bildirdi ki, Cavanşir Feyziyevin kitabında türk dövlətçiliyinin  ən qədim  atributlarından başlamış tarixin müxtəlif dövrlərində türk imperiyalarının təşəkkülünə və müasir dövrümüzdə isə 6 müstəqil türk dövlətinin çağdaş dövlətçilik mədəniyyətinə qədər keçdiyi bütün inkişaf yolu öz əksini tapıb. Həbibulla Manaflı tariximizin doğru-düzgün öyrənilməsində  bu kitabda yer almış məlumatların  böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Humanitar Fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vusal Baxışov "Türk dünyası" toplusunun 4-cü kitabı olan  "Türkşünaslıq" kitabı haqqında məlumat verərək  bildirib ki, bu kitabda türk tarixinin , mədəniyyətinin, siyasətinin öyrənilməsi sahəsində aparılmış və hazırda da aparılan  tədqiqat işləri və tədqiqatçılar haqqında geniş məlumat yer alır.  V. Baxışov qeyd edib ki,  ümümtürk tarixinin  bir sıra Avropa tədqiqatçıları tərəfindən qərəzli şəkildə təhrif olunması  faktları və əsrlər boyu mövcud olan türk sivizasiyasının inkar olunmasına cəhdlər  C.Feyziyevin "Türkşunaslıq" kitabında  qətiyyətlə tənqid olunur.

Tarixçi alim Vüsal Baxışov Cavanşir Feyziyevin "Türk Dünyası" 5 cildlik əsərlərinin dünya türklüyünün tarixi həqiqətlərini öyrənmək üçün ən etibarlı mənbə olduğunu bildirib.

Humanitar Fənlər Kafedrasının baş müəllimi , tanınmış təqdiqatçı alim, şair  Vaqif Aslan  "Türk Dünyası" toplusunun 5-ci cildi olan " Türk dünyasının tarixi şəxsiyyətləri" kitabı haqqında məlumat verərək bildirib ki,  türk xalqı bütün dövrlərdə dünya çapında baş verən hadisələrin fəal iştirakçısı olan, bir sıra hallarda isə bu hadisələrə istiqamət  verən cahanşümül şəxsiyyətlər yetişdirib. Görkəmli şair qeyd edib ki, tarixi şəxsiyyətlərimizin keçmişimizdə və bu günümüzdə oynadığı həlledici rolun öyrənilməsi və gənc nəslə öyrədilməsi gələcəyimizin daha etibarlı qurulması  üçün vacib şərtlərdəndir.  Vaqif Aslan müəllif Cavanşir Feyziyevin  bu istiqamətdə apardığı tədqiqatları   və ərsəyə gətirdiyi  5-cilddən ibarət "Türk Dünyası" toplusunu bütün türk xalqları üçün  faydalı elmi mənbə kimi dəyərləndirib.

Tədbir sonda Cavanşir Feyziyevin "Türk Dünyası" kitablarının təqdimatı, iştirakçılar və müəllif arasında sual-cavab sessiyası ilə başa çatıb.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı