Birləşmiş Ərəb Əmirlikləri hava limanında elektrik uçan taksiləri istifadəyə verməyə hazırlaşır. Bu, Əbu-Dabi hava limanı getmək istəyən sərnişinləri sürətli və tıxacsız mənzilbaşına çatdıracaq.
Ednews-un verdiyi məlumata görə, artıq Birləşmiş Ərəb Əmirliyi Fransanın Groupe ADP şirkəti ilə anlaşma memorandumu imzalamağa hazırlaşır.
Abu Dabi Hava Limanı və ADP Qrupunun birgə yaydığı məlumatda qeyd edilir ki, yol xəritəsini hazırlamaq üçün maraqlı tərəflərin cəlb edilməsi, texniki-iqtisadi əsaslandırma və bazarın qiymətləndirilməsindən sonra Qabaqcıl Hava Hərəkəti (Advanced Air Mobility) üçün yerüstü infrastrukturun birgə planlaşdırılması, dizaynı, inkişafı və istismarı nəzərdə tutulub.
Rəna Mürşüd