İlon Maskın Twitter-lə bağlı dramatik səhnələri bitmək bilmir. Sirr deyil ki, son zamanlar Twitter-in əməkdaşları özlərində milyarderə qarşı antipatiya formalaşdırıb. Səbəb isə ötən gün Twitter-in əməkdaşının Maskın “mikrobloq platformanın” zəif çalışdığına dair şikayətinə qarşı etirazı ilə başlayıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı digər əməkdaşlardan biri açıqlama verərək bildirib ki, qurumda vəziyyət bərbaddır.
“Bəli, biz bunu artıq bilirdik, amma indi Mask və onun yeni işçiləri arasında söz savaşına başlayıblar. Görünən odur ki, işçilərin əksəriyyəti milyarderin indiyə qədər biznesini idarə etmə tərzinə görə ona qarşı nifrət hissi duyur. Həmişə olduğu kimi, o, üsyan edən işçilərdən çox narahatdır”.
Mask Twitter-də mikrobloq platformasının "bir çox ölkədə çox yavaş" olduğuna görə istifadəçilər üçün üzrxahlıq mesajı yayımlayıb.
Twitter-də proqram təminatı mühəndisi olan Erik Fronhoefer, öz LinkedIn profilində Maskın iradını haqsız hesab edib.
Erik, " Twitterin Android versiyasında 6 il çalışdığını və təcrübəsinə görə Maskın yanlış irad tutduğunu bildirib.
Elnur Ənvəroğlu