İngiltərədə elektrik avtomobillərə olan tələbat artıqca, hökumət növbəti vergi müjdəsi ilə xalqı həyəcanlandırır.
Ednews "The Star" xəbər agentliyinə istinadən xəbər verir ki, hökumətin payız bəyanatından əvvəl nəzərdən keçirilən planlar çərçivəsində ilk dəfə olaraq elektrikli nəqliyyat vasitəsi sahibləri vergi verməli olacaq.
Maliyyə naziri Ceremi Hant avtomobil sektorundakı 35 milyard funt-sterlinq büdcə kəsirinin yerini doldurmaq üçün bu qərarın elektriklə çalışan avtomobillərə tətbiq edilməsinin uyğun olduğunu bildirib.
Onun həftə ərzində büdcədə artım və xərclərin azaldılması paketinin bir hissəsi kimi planı təsdiq edəcəyi gözlənilir.
Hökumətlə əlaqədar mənbələrin verdiyi məlumata görə, E-avtomobillərinin vergiyə cəlb edilməsi “qaçılmazdır”. Maliyyə nazirliyi hazırda bunun nə vaxt mümkün olacağını fəal şəkildə nəzərdən keçirir.
Güman edilir ki, hökumətin cümə axşamı günü veəcəyi anons 2025-ci ildən etibarən elektrik avtomobillərə vergi tətbiqi ilə bağlı olacaq.
Elnur Ənvəroğlu