Rüşvət almaqda adı keçən məktəb direktoruna Təhsil Nazirliyi niyə şans verdi? - SƏBƏBLƏR - ednews.net

2 Dekabr, Cümə

(+994 50) 229-39-11

Rüşvət almaqda adı keçən məktəb direktoruna Təhsil Nazirliyi niyə şans verdi? - SƏBƏBLƏR

Elm və texnologiya A- A A+

Xəbər verdiyimiz kimi, Bakı şəhəri 45 nömrəli tam orta məktəbinin sabiq direktoru Axundova Nəcibə Novruz qızı 34 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Xatırladaq ki, bir müddət öncə N.Axundovanın rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı.

Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparıldığı bildirilmişdi.

Ednews məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr xidmətinin rəhbəri Bəşarət Məmmədov və təhsil eksperti Kamran Əsədovun münasibətini öyrənib.

Bəşarət Məmmədov açıqlamasında bildirib ki, Nəcibə Axundova sadəcə böyük məktəbdən kiçik məktəbə yerdəyişməsi olunub. Yeni vəzifəyə təyin olunmayıb.

Maraqlıdır ki, araşdırma bitmədən başqa bir təhsil ocağında direktor vəzifəsinə transfer olunması nə ilə əlaqədardır? 

Kamran Əsədovun sözlərinə görə isə Nəcibə Axundova Azərbaycan təhsil tarixində müsbət obrazı ilə yadda qalıb. O 45 nömrəli məktəbə təyin olunana qədər Azərbaycan Dövlət  Pedaqoji Universitetində tədrislə məşğul olub.

“Çox təəssüflər olsun ki, Nəcibə xanımın faəliyyəti xoşagəlməz bir halla üzləşdi. Qeyd etmək lazımdır ki, 45 nömrəli məktəbin keçmiş direktorunun vaxtında kifayət qədər neqativ hallarI formalaşmışdı. Bu Nəcibə xanımın dövründə də tam şəkildə aradan qaldırıla bilmədi. Məktəb daxilində bir sıra müəllimlərin şagirdlərdən pul yığması hallarını hələ də saxlamışdılar”. 

Ekspert həmçinin qeyd edib ki, Nəcibə xanımın 45 nömrəli məktəbə rəhbərliyi dövründə tədris ocağı kifayət qədər uğurlar əldə edib. 

“Məktəb Ali təhsil müəssəsinə qəbul imtahanlarının nəticələrində ciddi şəkildə müsbətə doğru dəyişmişdi. Sadəcə olaraq sonda xoşagəlməz halın baş verməsi onun fəaliyyətinin başqa məktəbdə davam etdirməsi ilə nəticələndi. Nəcibə xanımın təhsil bilikləri idarəetmə bacarıqları digər məktəb direktorlarının bir çoxundan uğurlu idi. Məhz buna görə də Təhsil Nazirliyi onun bilik və bacarıqlarını rəhbər olduğu zamanda məktəbin uğurlarını nəzərə alaraq  digər məktəb ilə əvəzlənməsi ilə bağlı qərar qəbul edib. Elm və Təhsil Nazirliyinin Nəcibə xanıma şans verib. Onun bu şansı doğruldacağına inanıram”.

Ayan Rzayeva



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...