“Gənclərin Ana dilinə marağı yoxdur” - Qulu Məhərrəmli - ednews.net

30 Yanvar, Bazar ertəsi

(+994 50) 229-39-11

“Gənclərin Ana dilinə marağı yoxdur” - Qulu Məhərrəmli

Elm və texnologiya A- A A+

Azərbaycan dilinin tətbiqi səviyyəsi 7 qəzet üzrə monitorinq edilib, 2 500 səhv qeydə alınıb.

Bunu Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva deyib.

O bildirib ki, monitorinq bir aylıq dövrü əhatə edib: "Monitorinq nəticəsində qeydə alınan 2 500 dil faktından 1 769-nun hesabata daxil edilib. 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib".

M.Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu qeyd edib.

Ednews-a danışan filologiya elmləri doktoru Qulu Məhərrəmli yeni jurnalistlərin Ana dilinə maraqlarının az olduğunu deyib:

“Monitorinqlərin aparılması çox yaxşı hadisədir. Artıq bizdə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Onlar da planlı şəkildə bu işləri aparırlar. Bu çox müsbət hadisədir. Adətən qazetlər teleradio və saytlarla müqayisədə onların səhvləri az olur. İndi görünür ki, məna, üslub səhvi, xüsusən leksik normanın pozulması, morfoloji qaydalara əməl olunmaması halları çoxalıb. Bunun bircə səbəbi var. Səbəb odur ki, Ana dilini yaxşı bilməməklə bağlıdır. İndi çox təəssüf edirik ki, bizim gənc həmkarlarımız, başqa sahələrdən gələnlər Ana dilinin qaydalarını lazımı qaydada bilmirlər. Bu da problemlər yaradır. Fikrin ifadəsində, informasiyanın çatdırılmasında, təqdimatlarda və başqa yazılarda bu tip nöqsanlara rast gəlinir. Buna görə də redaktorlar yazılara ciddi nəzarət etməlidir. Qazetlərdə üslubiyyatçı olmalıdır.

Bu səhvləri birbaşa təhsillə əlaqələndirmək doğru deyil. Bunu fərdlərin Ana dilinə münasibəti ilə əlaqələndirmək daha obyektiv yanaşma olardı. Oxumağa yanaşma o səviyyədə deyil”.

Əbülfət Baxşəli



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...