Dünyanın ən çox satılan avtomobil markalarından biri olan Ford, tarixindəki ən böyük geri çağırışlardan birinə imza atıb.
Ednews NTV-yə istinadən xəbər verir ki, avtomobil istehsalçısı 634 000-dən çox SUV modelini geri çağırmasına əsas səbəb çatlamış yanacaq injektorunun yanacağın isti mühərrikə tökülməsi və ya buxar sızması yanğına səbəb olma riskidir.
Bu problem hansı modellərə şamil olunur?
2020-ci ildən 2023-cü ilə qədər olan "Bronco Sport" və "Escape SUV" modellərini əhatə edir. Bütün avtomobillərdə 1,5 litrlik üç silindrli mühərriklər var.
Avtomobil istehsalçısı yanğınların nadir hallarda baş verdiyini və ümumiyyətlə mühərrik söndürüldükdə baş vermədiyini bildirib.
Avtomobil nəhəngi Ford, 20 yanğın xəbəri aldığını, onlardan üçünün yaxınlıqdakı tikililərə yayıldığını da vurğulayıb. Şirkət həmçinin mühərriklər söndürüldükdən beş dəqiqə keçməmiş dörd yanğın hadisəsi aşkar edildiyini də bildirib.
Nəzrin Beydiyeva