Alimlər Somalidəki nəhəng meteoritin içərisində indiyədək Yer kürəsində görünməmiş iki mineral aşkar ediblər.
Ednews xəbər verir ki, 2020-ci ildə Yerə düşən və 16,5 ton (15 metrik ton) ağırlığında olan “Əl-Ali” adlı meteoritindən götürülmüş 70 qramlıq bir parçanın içərisində iki yeni mineral aşkar edilib.
Alimlər mineralı Əl-Ali meteoritinin şərəfinə elaliit adlandırıblar.
Elkinstantonitİ isə NASA-nın 16 Psyche metal asteroidini araşdırmaq üzrə Psixika missiyasının Baş Tədqiqatçısı, ASU-nun Planetlərarası Təşəbbüsün vitse-prezidenti Lindy Elkins-Tantonun şərəfinə adlandırılıb.
Alberta Universitetinin Yer və Atmosfer Elmləri Departamentinin professoru Chris Hurd deyir: "Yeni bir mineral tapdığınız zaman, faktiki geoloji şərait, süxurların kimyəvi tərkibi əvvəllər tapılanlardan fərqlidir. Bu xüsusi meteoritdə elm üçün yeni olan iki rəsmi təsvir edilmiş minerallar mövcuddur.
Alimlər Əl-Əlini kiçik silikat parçaları ilə bəzədilmiş dəmir meteoritdən ibarət olan IAB-dan mürəkkəb meteorit kimi təsnif ediblər.
Meteorit parçasının tədqiqi zamanı alimlərin diqqətini yeni mineralların detalları cəlb edib. Mineralları əvvəllər laboratoriyada hazırlanan digər meteritlərlı müqayisə edərək, onların təbiətdə yeni kəşf edildiyini tez bir zamanda müəyyən edə bildiriblər.
Qeyd edək ki, meteorit Çinə potensial alıcı axtarışı üçün verilib ki, bu da alimlərin tədqiqat üçün kosmik qayalara çıxışını məhdudlaşdıra bilər.
Rəna Mürşüd