Qlobal istiləşmə, Şimal Yarımkürəsində buzların əriməsi yer üzündə donuq zombi virusları hesab edilən qədim virusların yenidən əmələ gətirməsinə şərait yaradıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzində qədim viruslar üzərində reanimasiya tədqiqatları aparılıb. .
Sibirin buzluq ərazilərində yeddi fərqli formada 13 donmuş virus aşkar edilib və onlardan birinin təxminən 50.000 yaşı var.
Mikrobioloq Jen Mariye Alempicin ilkin araşdırmasına görə, buzluq ərazilərin dərinliyində DNT viruslarının 48,500 ildən çox müddətdən çox yoluxma qabiliyyətini saxlayıb.
Tədqiqat zamanı aşkar edilən virusların əksəriyyətinin ikiqat zəngirli DNT-yə malik olan və amöbləri yoluxduran Pandoravirid viruslar ailəsinin bir hissəsinin olması bağlı iddia qaldırılıb.
Yunis Abdullayev