Avropa Kosmik Agentliyi və NASA-nın rəhbərlik etdiyi Hubble Kosmik Teleskopu qeyri-adi qalaktikaların birləşməsini görüntüləyib. Nəfəs kəsən görüntülər kosmik agentliklər tərəfindən paylaşıldı.
Ednews xəbər verir ki, Arp-Madore 417-391 kimi tanınan birləşmə iki qalaktikadan ibarətdir.
Təxminən 671 milyon işıq ili uzaqlıqda yerləşən qalaktika Eridanos bürcündə yerləşir.
İki qalaktika cazibə qüvvəsi səbəbindən halqanı xatırladan bükülmüş görünür. Qalaktikaların nüvələri də yan-yana dayanır.
Qeyd edək ki, Arp-Madore 417-391, Fövqəladə Qalaktikalar və Onların Əlaqələrinin Cənub Kataloqunda yer alan bir çox maraqlı obyektlərdən biridir.
Nəzrin Beydiyeva