Özümüzü depressiyadan necə qoruyaq? Tanınmış psixoloqdan TÖVSİYYƏLƏR - MÜSAHİBƏ

Elm və texnologiya 20:01 30.11.2022

Ednews psixoloq Orxan Orucla müsahibəni təqdim edir.


- Çağdaş dövrümüzdə, həmçinin Azərbaycanda insanlar tez-tez depresiyaya yaxalanırlar. Bu xəstəliyə vaxtında diaqnoz qoyulmayanda nə kimi fəsadlar ortaya çıxa bilir?

- Ümumiyyətlə, depressiya 21-ci əsrin ən populyar xəstəliklərdən biri hesab olunur. Depressiv vəziyyətdən və ya depresiyadan xilas olmaq üçün konkret, birmənalı üsul, metod yoxdur. Sözsüz ki, ən faydalı və effektiv mübarizə üsulu kimi peşəkardan, yəni depresiya problemləri ilə işləyən psixiatr, psixoterapevt və ya psixoloqdan dəstək almağı söyləmək olar. Çünki depressiv vəziyyətə, depresiya diaqnozu qoyulmuş şəxsə vaxtında peşəkar müdaxilə olmayanda ağırlaşmış fəsadları yaranmağa başlaya bilər. Bu isə öz fonunda müxtəlif psixi xəstəliklər, psixoloji problemlər, insanın həyat fəaliyyətinin, iş keyfiyyətinin aşağı düşməsinə, ünsiyyət bacarıqlarının zəifləməsinə, şəxsi və işgüzar münasibətlərinin korlanmasına gətirib çıxara bilər.


- Depressiyanın səbəbləri nələrdir?

- Səbələr müxtəlif olur, ümumi kateqoriyalara isə əsasən bioloji və psixo-sosial səbəblər aiddir. Ümumi vəziyyətin qiymətləndirilməsində isə hər bir səbəb öyrənilir. Ötən əsrin ortalarında təbabətdə aparılan araşdırmalar, müxtəlif müalicələrin yan təsirləri kimi beyində maddələr mübadiləsinin, kimyasının dəyişməsi depresiya riski kimi müşahidə edilməyə başlanılmışdır. Həmçinin, şəxsin öz emosioya və aqresiyasının daxilə yönəltməsi, günahkarlıq duyğusunun mövcudluğu, acizlik hissi, yaxın bir insanın itirilməsi kimi stres faktorlarının yaranması və bənzər digər məsələlər depresiyaya ən çox səbəb olan proseslərdir. İqtsadi-sosial çətinliklər, genetik xüsusiyyətlər və onlarla başqa səbəblər də söyləmək olar. Azərbaycan əhalisinin son dövrlərdə, həmçinin son onilliklərdə yaşadığı müharibə vəziyyəti, terror hadisələrinin şahidi olmaq, yaxınlarını itirmək, insanların ölüm hadisələrinə şahid olmaq, pandemiyanın yaratdığı psixoloji çətinliklər - hər birinin depresiya yaratma ehtimalı böyükdür. Şəxsin fərdi psixoloji, emosional xüsusiyyətlərindən, hadisələri qavrama tərzindən asılı olaraq
depresiya riski də dəyişir.


- Sizcə, Azərbaycan cəmiyyəti depressiyaya çox meyilldir? Çünki insanlar neqativ, aqressiv və ümidsiz təsir bağışlayırlar...

- Bunu klinik protokollar və psixoloji diaqnostik nəticələrə, həmçinin tədqiqatlara əsaslanan məlumatlara malik olmadan söyləmək həddindən artıq məsuliyyətli bir cavab olar. Ancaq ümumi müşahidə ilə desək, insanlarda gördüyümüz aqressiya səviyyəsi, sosial çətinliklər və yaxud son dövrlər yaşadığımız hadisələr, yəni müharibə, pandemiya situasiyası cəmiyyətimizdə depresiya riskinin yüksək olduğu qənaətini ehtimal etmək olar. Statistikası əlçatan olan ölkələrin depresiya vəziyyətinin qiymətləndirilməsinə nəzər salsaq başqa nüanslar ortaya çıxır. Rəqəmlər hamımızın xoşbəxt hesab etdiyi, Ümumdünya Xoşbəxtlik reytiqində də ən yaxşı ölkələr siyahısında olan Skandinaviya ölklərində depressiya, intihar səviyyəsinin çox yüksək olduğunu söyləyir. Amma bu statistik göstəricilərin də hansısa elmi, tibbi, bioloji, sosial izahları var. Depresiyanın ən ağır səviyyəsinin nəticələrindən biri insanın suisidal davranışları və intihar hadisələridir. Ancaq statistikaya görə adambaşına düşən intihar saylarının ən aşağı göstərici
iqtisadi, sosial çətinliklərin içərisində üzən inkişafdan geri qalmış, məsələn Afrika ölkələridir. Ona görə konkret demək olmaz ki, hansısa ölkədə depresiyaya və ya intihara münbit şərait var ya yoxdur. Burada insanların etno-psixoloji xüsusiyyətləri rol oynayır, bioloji, ətraf-mühit təsiri, qidalanma təsiri, hər bir şeyin rolu var. Günəş şüalarının miqdarı, yağıntının kəmiyyəti, iqlim fərqliliyi hər bir şey insanın psixi vəziyyətinə təsir göstərə bilir. Çünki, bu sadalananların hamısı bizim orqanizimimizə, beynimizin kimyəvi vəziyyətinə, bioloji strukturuna təsir edir.


- İnsanlara depressiyadan xilas üçün nələr təklif edərdiniz?

- Bununla bağlı da konkret nəsə demək mümkün deyil.Ümumi söyləsəm;

1. Ünsiyyət səviyyəsinə, digər insanlarla, xüsusilə doğma insanlarla münasibətlərə diqqət etmək, kəmiyyət və keyfiyyət baxımından ünsiyyətin həcmini artırmaq lazımdır. Başqa insanların duyğularına, emosiyalarına diqqət etdiyimiz qədər öz duyğu və hisslərimizə də etinalı yanaşmaq lazımdır.

2. Depresiya insanın həmişə zövq aldığı işlərdən uzaqlaşmasına, zövq ala bilməməsinə səbəb olur və öz fəaliyyətində məna tapmaqda çətinliklər yaradır. Bu isə daha çox fəaliyyətsizliyə və yuxu, iştah pozulmalarına gətirib çıxarır. Odur ki, depresiyanın müəyyən əlamətlərini özündə hiss edən şəxs bir növ özünü fəaliyyətinə, işinə, insanlarla münasibətinə davam etdirməyə həvəsləndirməli, bəzən isə hətta məcbur etməyi bacarmalıdır.

3. Keçmiş hadisələrlə yaşamaq, təkrar-təkrar həmin hadisələrin emosiyasını yaşamaq depresiv vəziyyətin ağırlaşmasına səbəb olur. Odur ki, bu kimi hadisələrin təsirini azaltmaq, uzaqlaşmaq üçün gələcək plan və məqsədləri düşünmək, zövq verən fəaliyyətləri planlaşdırmaq faydalı olar.

4. Açıq havada keçirilən vaxt, təbii qidalara üstünlük verilməsi, yuxu rejiminin stabil saxlanılması da depresiya ilə mübarizədə çox vacibdir.

5. Mütəxəssisə müraciət, psixoterapevt qəbuluna yazılmaq, keyfiyyətli psixoloji və tibbi müdaxilə də ən vacib mübarizə üsullarından biri kimi qiymətləndirilə bilər.

Ümumilikdə hər bir şəxs öz psixo-gigiyenasına diqqət etməli, özünəqayğı, öz hiss və düşüncələrinə hörmətlə yanaşmaq da ümumi psixoloji sağlamlıq üçün çox vacibdir.


Söhbətləşdi: Oğuz Ayvaz

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı