“WhatsApp”da köhnə mesajları tapmaq ASANLAŞDI - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

“WhatsApp”da köhnə mesajları tapmaq ASANLAŞDI

Elm və texnologiya A- A A+
“WhatsApp” mesajların axtarışını asanlaşdıracaq funksiya üzərində işləyir. 
 
Ednews xəbər verir ki, beta istifadəçilərinə açılan yeni xüsusiyyət mesajlarda istədiyimiz tarixə keçməmizi təmin edəcək.
 
Tətbiqdə dəqiq tarixi bilmədiyimiz mesajları axtardığımız zaman belə bir xüsusiyyətin çox faydalı olacağını söyləyə bilərik.
 
Bundan əlavə, paylaşılan ekran görüntüləri tarixə görə axtarış seçiminin necə istifadə oluna biləcəyini göstərir. Müvafiq olaraq, funksiyadan söhbətlərdə mesajlar axtararkən klaviaturanın yuxarı sağ hissəsində görünən təqvim işarəsi ilə istifadə etmək olar. İstifadəçilər bu işarəyə kliklədikdə istədikləri tarixi seçərək axtardıqları günə çata biləcəklər. 
 
“WhatsApp”ın bu yeni funksiyanı nə vaxt kütləvi istifadəyə verəcəyi hələ məlum deyil.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...