Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı Tesla satış rekordu qırıb.
Ednews xəbər verir ki, Teslanın Model 3 avtomobili keçən il dünya üzrə 508.000 ədəd satılaraq ilk 10 model arasında yer almağı bacarıb. Digər tərəfdən, analitiklər bu avtomobilin ilin sonuna kimi ilk 5-liyə daxil olacağını da bildiriblər.
Teslanın modelləri müntəzəm olaraq uzaqdan proqram təminatı yeniləmələri alsalar da, dizaynda və ya fiziki hər hansı bir dəyişiklik demək olar ki, yoxdur.
Hazırda şirkət istehsal xərclərini azaltmaq və beş illik elektrik sedanına yeni bir görünüş vermək üçün Model 3-ün yenilənmiş versiyasını hazırlayır. Layihəyə yaxın olan 4 nəfər yenilənmiş Tesla Model 3-ün 2023-cü ilin sonunda satışa çıxarılacağını açıqlayıb.
Tesla şirkəti Model 3 elektrik avtomobilinin yenilənmiş versiyasını sınaqdan keçirməyə başlayıb. Kaliforniyada çəkilmiş və daha sonra sosial mediaya sızdırılan fotolar avtomobildə xarici görünüş və təchizat baxımından əhəmiyyətli dəyişikliklər olunduğundan xəbər verib.
Nəzrin Beydiyeva